Menu

“Qalatasaray” "Göztəpə"yə uduzub

21.12.2019, 23:09
“Qalatasaray” "Göztəpə"yə uduzub

Türkiyə Super Liqasında XVI tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun ikinci günündə 3 matç keçirilib.

Son çempion “Qalatasaray” “Göztəpə”nin qonağı olub. Meydan sahibləri 2:1 hesablı qələbəyə imza atıb. Bu, Fatih Terimin yetirmələrinin mövsümdə 4-cü məğlubiyyəti olub.

Daha ətraflı Digər matçlarda qonaqlar qalib gəliblər. “Rizəspor” “Yeni Malatyaspor”u, “Qaziantep” 7 qolun vurulduğu oyunda “Kasımpaşa”nı məğlub edib.

Qeyd edək ki, tura dekabrın 23-də yekun vurulacaq.

Türkiyə Super Liqası

XVI tur 

21 dekabr 

“Yeni Malatyaspor” – “Rizəspor” – 0:2 

Çağlayan, 6, Umar, 72 

“Kasımpaşa” – “Qaziantep” – 3:4 

Sarı, 10, Kuarejma, 57, Tiam, 80 – Kayode, 7, 44 (pen), Ozer, 21, Ciloboci, 33 

“Göztəpə” – “Qalatasaray” – 2:1 

Cerom, 9, Akbunar, 61 – Qassama, 27 (avtoqol)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol