Menu

Vüqar Bayramov da seçkilərə qatıldı - “Füzuli camaatından dəstək gözləyirəm”

23.12.2019, 13:04
Vüqar Bayramov da seçkilərə qatıldı - “Füzuli camaatından dəstək gözləyirəm”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, tanınmış iqtisadçı Vüqar Bayramov da parlament seçkilərinə qatıldığını bəyan edib.

“AzPolitika.info” xəbər verir ki, ekspert 84 saylı Füzuli Seçki Dairəsindən müstəqil namizəd kimi iştirak edəcəyini, sənədlərini artıq Seçki Dairəsinə təqdim etdiyini açıqlayıb:

“Bugünədək qurucusu və rəhbəri olduğum İqtisadi və Sosial İnkişaf Mərkəzinin xətti və dəyərli iqtisadçı həmkarlarımın dəstəyi ilə hazırladığımız çoxsaylı təkliflər və iqtisadi mexanizmlər müvafiq dövlət qurumları tərəfindən qəbul edilərək icra olunub. Düşünürəm ki, ölkəmizdə və uzaq ABŞ-da aldığım təhsilin, iqtisadi proqram və mexanizmlərin hazırlanması sahəsində qazandığım təcrübənin verdiyi imkanlardan xalqımın rifahı və firavanlığı naminə, yeni formalaşacaq parlamentin gücünə güc qatmaqla, daha səmərəli istifadə edə bilərəm”.

Vüqar Bayramov doğulduğu, boya-başa çatdığı Füzuli camaatından dəstək alacağına ümid etdiyini bildirib.

“AzPolitika.info”

Şərhlər

Azər 2019-12-23 13:49:57

Lap yaxşı.uğurlar sizə.Amma vergi məcəlləsində gəlır vergisində ədalət və sosial baxımdan az maaş alanların az vetgi ödəməsı uçun işlərə başlamağınızı istərdık

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol