105 saylı Tovuz seçki dairəsinin deputatı Qənirə Paşayeva növbəti seçkilərə də həmin dairədən qatılacağını bəyan edib.
"AzPolitika" xəbər verir ki, xanım millət vəkili bu barədə özünün "facebook" hesabında məlumat yayıb.
Q.Paşayevanın həmin statusunu təqdim edirik: "Milli Məclisdə şərəflə və qürurla təmsil etdiyim 105 saylı Tovuz seçki dairəsindən yenidən deputatlığa namizədliyimi irəli sürməyə qərar verdim. İnanıram ki, seçicilərimin təkrar etimadını qazanacaq və növbəti 5 ildə də onları ləyaqətlə təmsil edəcəm. Bütün bu illər ərzində onların etimadını itirməmək üçün, onları layiq olduqları kimi təmsil etməyə çalışdım və onların hər birini çox sevirəm".


Şərhlər
Qənirə xanım,öz imzanızla yarıtmaz işlədiyinizi təsdiqləyərək parlamentin buraxılmasına səs verdiyiniz halda hansı üzlə yenidən deputat olmaq istəyirsiniz? Sizdə özünə hörmət yoxdur?
Özümün yarıtmaz işini imzası ilə təsdiqləyən "siyahi deputat" necə yenə deputat olmaq istəyər?Bu ayıb deyilmi? Niyə gedib bacardığı işdən yapışmır? Yoxsa deputatın maaşı yüksəkdir deyə ora can atır? YAP-ın vəzifədə olan üzvləri və deputatları onsuz da özlərini ölkədə biabır ediblər.