Menu

BDU universitetin binasından şüar asılmasına münasibət bildirib

24.12.2019, 16:21
BDU universitetin binasından şüar asılmasına münasibət bildirib

Bakı Dövlət Universiteti (BDU) 2 saylı korpusun binasından şüar asılmasına münasibət bildirib.

Universitetdən “Report”a verilən məlumata görə, hazırda məsələ araşdırılır.

Qeyd edək ki, sosial şəbəkələrdə BDU-nun 2 saylı korpusunun fasadından “Pulsuz təhsil” şüarı yazılmış afişanın asıldığını əsk etdirən foto yayılıb. 6-cı mərtəbənin pəncərəsindən endirilən afişa Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi tərəfindən hazırlanıb. Həmin şüarı hazırlayan tələbələr hazırda dərslərini davam etdirir.

Şərhlər

Elli 2019-12-24 17:56:26

malades

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol