Menu

SU-57 qırıcısı məşq zamanı qəzaya uğrayıb

24.12.2019, 19:13
SU-57 qırıcısı məşq zamanı qəzaya uğrayıb

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Komsomolsk-na Amure şəhərinin «Dzemgi» aeroportunun 120 kilometrliyində məşq uçuşu zamanı T-60 (Su-57) qırıcı təyyarəsi qəzaya uğrayıb.

«RİA Novosti» agentliyinin məlumatına görə, yerli hakimiyyət orqanlaırı bidiriblər ki, pilot katapulta etməyə macal tapıb, onu Mİ-8 vertolyotu götürüb.

Qeyd olunur ki, söhbət hərbi təyyarədən getmir, qəzaya uğramış təyyarə Qaqarin adına yerli aviasiya zavoduna məxsusdur. Qəzanın səbəbləri araşdırılır, hadisə yerində Xabarovsk diyarının fövqəladə xidməti işləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol