Son aylar İraqda keçirilən etiraz nümayişləri ölkədən İordaniyaya çəkilən yeni neft kəmərinin tikintisini yarımçıq qoyub.Bunu İordaniya Milli Məclisində Nümayəndələr Palatası enerji komitəsinin məruzəçisi Musa Xəntəş deyib.
“Təhlükəsizlikliyin təmin edilməsi ilə bağlı çətinliklər, son ayların mümayişləri İordaniya ilə iqtisadi əməkdaşlığa da mənfi təsir edərək, hələ bir neçə il bundan əvvəl tikintisinə başlanmış neft kəmərində işlərin dayanmasına səbəb olub. Hələlik İraq hökumətinin başı etirazlara, daxili vəziyyəti sakitləşdirməyə qarışıb, odur ki, İraq neftini Əkabə limanına çatdıracaq magistral kəmərin tikintisi təxirə salınır”, - deyə o, qeyd edib.
Bu layihənin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını qeyd edən İordaniya rəsmisi xam neftə olan tələbatı gəmilərlə daşınma hesabına daha ucuz qiymətə qarşılaya biləcəklərini də diqqətə çatdırıb.
“Report” xatırladır ki, tərəflər arasında 2013-cü ildə imzalanmış sazişə əsasən, Bəsrə bölgəsindən nefti Qırmızı dəniz sahilindəki Əkabə limanına nəql etmək üçün 1 700 kilometrlik neft kəməri tikilir.


Şərhlər