“M Group Production” MMC Bakının park və meydanlarında, uşaq bağçaları-körpələr evində Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbirləri keçirəcək.
Şoumen Murad Dadaşova məxsus bu şirkət Yeni il bayramı üçün Bakının uşaq bağçaları və körpələr evini bəzəyəcək. Bakı şəhəri İcra Hakimiyyəti “Yaşıl teatr” konsert kompleksinin timsalında onun şirkəti ilə 175 min 972,98 manat məbləğində (105,5 min dollar) müqavilə imzalayıb.


Şərhlər
Murad Dadaşovun nitqi çox qüsurludur.Əsasən rus dilli olan bu adam danışanda Azərbaycan dilinin şirinliyini öldürür.Yersiz gülüşü milli əxlaqdan uzaqdır.Onunla zaur kamal və ya o biri zaur heç fərqlənmir.Hər üçünü dinləmək adamı bezikdirir.Leksikonları bədi cəhətdən kasad olduğuna görə küçə danışığı səviyyəsindən aralana bilmirlər.Onların heç biri jurnalistik təhsilə malik olmadıqlarına görə nitqin üslubiyyət cəhətdən kamilliyinə vara bilmirlər..