Menu

SƏMƏD SEYİDOV QAZAXA GÖNDƏRİLİR – YAP onun dairəsini dəyişir

25.12.2019, 17:58
SƏMƏD SEYİDOV QAZAXA GÖNDƏRİLİR – YAP onun dairəsini dəyişir

Xəbər verdiyimiz kimi, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin parlament seçkilərinə hansı dairədən qatılacağı məlum olub.

O, bu dəfə Bakıdan - 36 saylı Xətai dördüncü Seçki Dairəsindən namizədliyini irəli sürüb.

Q.Həsənquliyevin 36 saylı dairəni seçməsi hazırda bu dairənin deputatı olan Səməd Seyidovla bağlı bəzi suallar doğurub: Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri ümumiyyətlə seçkiyə qatılmır, ya dairəsini dəyişəcək?

Bu suallar ona görə aktuallaşır ki, YAP, adətən BAXCP sədrinin qarşısına prinsipial namizəd çıxarmır.

“AzPolitika.info”-ya daxil olan məlumata görə, S.Seyidov seçkilərə qatılacaq, amma başqa bir dairədən. Gözlənilir ki, YAP onun namizədliyini ya 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən, ya da 107 saylı Qazax Seçki Dairəsindən irəli sürəcək.

Hazırda bu dairələri müvafiq olaraq Ülviyyə Ağayeva və Kamran Nəbizadə təmsil edirlər.

“AzPolitika”

Şərhlər

Kamil 2019-12-25 20:33:20

Səməd Seyidov.... deputat fəaliyyəti ilə Avropa Şurasında Azərbaycanı biabır edib.BunBəs deyilmi?un yenidən deputat olması kimə və nəyə xidmət edəcək? Yenəmi biabırçılıq!

Dilavər 2019-12-25 19:30:36

Səməd Seyidov Qazaxdan necə seçilə bilər? Onu Qazax əhalisi tanıyırmı? Bundan başqa onun adı "Kürü" siyasətində də hallanıb.Onun deputatlığı Azərbaycana heç nə verməyib.Özü də buraxılmış parlamentin aciz (özü qəbul edib,parlamentin burxılmasına imza atıb.Bəs insanın şəxsiyyəti?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol