Bakıda daha iki avtobus nağdsız ödəməyə keçib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat veriblər. Bildirilib ki, artıq həmin avtobuslardan birində nağdsız ödəniş tətbiq olunub:
"Artıq 39 nömrəli marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada "BakıKart"la ödənilməkdədir. Sabahdan isə eyni ödəniş üsulu 202 nömrəli marşrut xətti üzrə avtobuslarda tətbiq ediləcək".


Şərhlər
Belə informasiyalar gərəksizdir.Kart insanların əleyhinə olan ödəniş sistemidir.Kartsız işləyən avtobuslarda hansısa bir imkansızın daşınmasına imkan yaradanlar,indi bu imkandan məhrum olacaq.