Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti (DD) bir daha «Vaqner» özəl hərbi şirkətinin Liviyadakı fəaliyyətindən narahatlığını ifadə edib («Anadolu»).
Departamentin məlumatına görə, Rusiya ilə əlaqəli muzdlular Tripolini ələ keçirmək cəhdlərində üsyançı marşal Həftarı dəstəkləməklə bölgədə yalnız gərginliyi artırırlar.
Qeyd olunur ki, Liviyada dinc əhali arasında qurbanların sayı artır, mülki obyektlərə, o cümlədən, xəstəxana və aeroportlara zərər vurulur.
Bununla yanaşı, Vaşinqton bəyan edib ki, muzdlular döyüş fəaliyyəti zamanı pilotsuz uçaqlardan və təyyarələrdən istifadə edir.
ABŞ isə öz tərəfindən, Həftarın ordusu ilə döyüşən Liviya həmrəylik hökumətini dəstəklədiyini bəyan edir.

«Rusiyalı muzdluların iştirakı bölgədə gərginliyi artırır. «Vaqner» muzdlularının sayının artması ilə əlaqədar olaraq, münaqişənin ümumi vəziyyəti dəyişir, gərginlik artır» - deyə, DD nümayəndəsi bildirib.
Xatırladaq ki, vaqnerçilər ABŞ-ın sanksiyaları «altında»dırlar.
AzPolitika.info


Şərhlər