Menu

"Biz sadəcə işimizi görmüşük" - MSK sədri

26.12.2019, 11:12
"Biz sadəcə işimizi görmüşük" - MSK sədri

“Bəzi dairələrin seçkilərlə bağlı qarayaxma kampaniyası aparmaq cəhdləri bütün ölkələrdə müşahidə edilir. Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı da belə oldu. Bizdə hələ də qisasçılıq, eləcə də imkan tapan kimi əsası oldu-olmadı narazılıq etmək hissi qalır”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri cəmiyyəti belə hallara diqqət etməyə çağırıb: “Hesab edirəm ki, inkişafa hələ də ehtiyac var. Bir günlük sensasion xarakterli fikirlərlə seçiciləri çaşdırmağa çalışmağın mənası yoxdur. Biz o qurumuq ki, 20 il ərzində bir tərəflə heç vaxt mübahisə aparmamışıq. Biz sadəcə işimizi görmüşük”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol