Menu

"Kiçik kənddə elə hamı bir-birinə qohumdur" - Məzahir Pənahov

26.12.2019, 12:56
"Kiçik kənddə elə hamı bir-birinə qohumdur" - Məzahir Pənahov

“Bələdiyyə seçkiləri əvvəlkilərlə müqayisə olunmayacaq dərəcədə yüksək keçib. Ona görə də Azərbaycan xalqı buna arxayın ola bilər”.

“Report” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı AzTV-yə danışan komissiya sədri bildirib ki, daxil olan şikaytətlərin bəzilərində namizədlərin bir-birinə qohum olduğu göstərilir: “Əvvəla, Seçki Məcəlləsində belə bir qadağa yoxdur. İkincisi, kiçik kənddə elə hamı bir-birinə qohumdur. Daha bir müraciətin məzmunu isə namizədlərin təşviqat aparmamasınan ibarətdir. Vətəndaş buna görə də iddia edir ki, seçki prosesi pozulub və yenidən seçki keçirilsin. Əksər müraciətlər bu məzmundadır”.

“Əslində vətəndaşların bizə müraciət etməsindən sevinirik. Müsbət haldır ki, vətəndaşlarımız ölkədə baş verən proseslərə laqeyd deyillər”, deyə M.Pənahov əlavə edib.

Şərhlər

Seçimçi 2019-12-26 14:23:19

Bələdiyyəçi ilə 3, deputatla və prezidentlə tanışlığa azı 6 ay gərəkdir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol