Dekabr ayının 26-da "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoglunun 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən parlament seçkilərinə qatılması və seçki qərargahının yaradılması ilə bağlı iclas keçirilib. Tədbirdə tanınmış ictimai-siyasi xadimlər, Media Qrupunun əməkdaşları ilə yanaşı, Xətai rayon sakinləri də iştirak ediblər.
Musavat.com-un məlumatına görə, tədbiri giriş sözü ilə açan Rauf Arifoğlu qonaqları salamlayıb, onlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. O, qeyd edib ki, namizədliyini irəli sürdüyü gündən etibarən seçki ilə bağlı ən çox müzakirə olunan məsələ məhz onun 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd olmasıdır.
R.Arifoğlu vurğulayıb ki, bu dairədən namizədliyini irəli sürməsi təsadüfi deyil: "21 ildir ki, Xətai rayonunda yaşayıram. Rəhbərlik etdiyim media orqanı bu rayonun problemlərini illərdir ki, işıqlandırır, onların həllinə nail olur. Mən Xətai rayon sakiniyəm və bu dairədən namizədliyimi irəli sürürəm. Mənim namizədliyimi verdiyim dairədə dostum olan bir namizəd yoxdur. Digər tərəfdən bütün dostlar, qohumlar eyni dairədən namizədliyini verə bilərlər. Bu, demokratiyanın bir qaydasıdır. Digər dairələrdə də eyni düşərgədən olanlar, dost olanlar namizədliklərini irəli sürüblər. Ancaq heç biri müzakirə olunmur".
R.Arifoğlu seçki qərargahının yaradılmasını elan edərək, qərargah sədrini təyin edib. Tanınmış yazar Çingiz Özgür Rauf Arifoğlunun seçki qərargahının sədri təyin olunub. Ç.Özgür söz alaraq, ona göstərilən etimada görə təşəkkürünü bildirib.
Daha sonra tədbirdə iştirak edən tanınmış qonaqlar çıxış edərək, namizədə uğurlar arzulayıblar, onun parlamentdə təmsil olunmasının xalqa faydalı olacağını bildiriblər.
çıxış edərək, Rauf Arifoğlunun namizədliyini dəstəklədiyini və onun millət vəkili üçün gərəkli olan kriteriyalara cavab verdiyini bildirib.
VİP sədri Əli Əliyev, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn,sabiq maliyyə naziri Saleh Məmmədovda çıxış edərək, Rauf Arifoğlunun namizədliyini dəstəklədiklərini və onun millət vəkili üçün gərəkli olan kriteriyalara cavab verdiyini bildiriblər.
Qarabağ qazisi Rüxsarə Cumayeva, Qarabağ Azadlıq Təşkilatlarının sədri Akif Nağı, Qarabağ qazisi Səfər Hümbətov da çıxışında Rauf Arifoglunun millət vəkili olmasını dəstəkləyib və ona uğurlar arzulayıblar.
İş adamı, "Yeni Müsavat" qəzetinin yazarı Mürvət Həsənli də qeyd edib ki, Rauf bəyin vəkili olmaq, həmçinin seçicisi olmaq şərəfdir.
Daha sonra tanınmış teleaparıcı Turan İbrahimov Rauf Arifoğlunun vəkili elan olunub. O, məmnuniyyətlə bunu qəbul etdiyini qeyd edib. Turan İbrahimov bildirib ki, ölkə və xalq üçün xeyirli olan bu işdə ona dəstək olacaq.








































Şərhlər
ancaq müsavat adından imtina etməlidirlər..heç bir əlaqəsi yoxdur..
Size ugurlar. Amma biz Araz beyi destekleyerik
Elə bil toy eliiyir. Bütün dost-tanışını toplayıb, süfrə açıb.Bu cür düşük adamlarla zatən köhnə palament dolu idi.Bu qədər də fotoşəkil təqdim etmək olarmı? Bu qaraçılıqdır.Əndazəni aşmaqdır.Ey Arifoğlu mən müxalifətçi zad deyiləm. Amma sənə rüsvayçı bir məğlubiyyət diləyirəm.Sən parlamentə intriqa gətirəcəksən.Və XXI əsri anlamadığın, sivilizasiyanı dərk etmədiyin üçün... nə isə ardını yazmıram. i.