Menu

Həbs edilən icra başçısının hakim oğlu fəaliyyətsiz qalıb – İcraatında olan işlər ondan alınıb

26.12.2019, 23:17
Həbs edilən icra başçısının hakim oğlu fəaliyyətsiz qalıb – İcraatında olan işlər ondan alınıb

Dekabrın 18-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən rüşvət və korrupsiya ittihamları ilə həbs edilən Ağstafa rayon icra hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin hakim işləyən oğlundan xəbər var.

AzPolitika.info gununsesi.org-a istinadən xəbər verir ki, Nəriman Rayon Məhkəməsinin hakimi Ramin Quliyevin icraatında olan işlər ondan alınaraq başqa hakimlərə həvalə olunub. Gənc hakim məhkəməyə gəlsə də faktiki olaraq fəaliyyətsiz qalıb.

Nizaməddin Quliyevin digər övladı Ramal Quliyev isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiqdir.

Azpolitika.info

Şərhlər

yalçın 2019-12-27 10:37:59

bu stalinist yanaşmadır..orda olmalı deyildisə niyə ordadır, olmalıdırsa niyə atasına görə cəzalandırılır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol