Menu

Bu ölkədə erkən nikahlar qadağan edildi

26.12.2019, 23:38
Bu ölkədə erkən nikahlar qadağan edildi

Səudiyyə Ərəbistanı höküməti çoxillik diskussiyalardan sonra erkən nikahları qadağan etmək qərarına gəlib. Bu barədə “RİA Novosti” “Saudi Gazette” nəşrinə istinadən xəbər verib.

Yeni qanunvericilik nikaha girmək üçün minimal yaş həddi (18) müəyyən edib.

Bildirilir ki, əgər 18 yaşı tamam olmayan yeniyetmə rəsmi şəkildə nikaha girmək istəyirsə, bu məsələyə xüsusi məhkəmələr tərəfindən baxılacaq. Onlar erkən nikahın həmin şəxsə və gələcəyinə neqativ təsir edib-etməyəcəyini həll edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol