Menu

Bu il Bakıda 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib

27.12.2019, 12:50
Bu il Bakıda 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil müəssisələrinə 2019-cu təqvim ili ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul olunub.

İdarədən APA-ya verilən xəbərə görə, eyni zamanda 13 direktorun iş yeri dəyişdirilib, 111 məktəb direktorunun isə müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Həmçinin çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.

18 direktorla bağlanmış əmək müqaviləsi isə ləğv edilib.

Şərhlər

AQAYEV 2019-12-27 14:23:26

Təzə ğtor ac qurd kimi düşür MÜƏLLİMLƏRİN üstünə ki, ayda 20-azn.mənə verməlisiz.QARADAQ r-n -nun SAHİL qəs.təqaüddə olan müəllimələn direkə 600-aze alır Aaərbaycan DU-ni qurtaran müəllimə 200-aze əmək hakqı alır.B una nə ad vermək olar.BURDAN RÜŞVƏT İYİ ĞƏLİR ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol