Menu

Tanınmış vəkil Ceyhun Yusifov medalla təltif olunub - FOTOLAR

27.12.2019, 13:21
Tanınmış vəkil Ceyhun Yusifov  medalla təltif olunub - FOTOLAR

Dünən Vəkillər Kollegiyasının Rəyasət Heyətində vəkillərin mükafatlandırma mərasimi keçirilib. Mükafat alanlar arasında tanınmış vəkil Ceyhun Yusifov da olub.

Bu barədə Ceyhun Yusifov özü "AzPolitika.info"ya məlumat verib. 

"Fəaliyyətdə olduğum müddət ərzində əldə etdiyim uğurlar, o cümlədən vəkillik institutunun inkişafına verdiyim töhfələr Vəkillər Kollegiyasının diqqətindən kənarda qalmadı.Buna görə xüsusi medalla təltif olundum.

Göstərilən etimada görə Vəkillər Kollegiyasının sədri, hörmətli Anar Bağırova və Rəyasət Heyətinin bütün üzvlərinə təşəkkür edirəm”, – deyə vəkil bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol