Menu

"Kalaşnikov"dan imtina edilir

26.09.2014, 10:20
"Kalaşnikov"dan imtina edilir

Müdafiə Nazirliyi AK-47 və AK-74-ə alternativ silahı sınaqdan keçirir

Tək Rusiya ordusu deyil, eyni zamanda dünyanın bir çox ordularının arsenalının əsas silahı olan "Kalaşnikov" avtomatı tarixə qovuşur.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi "Kalaşnikov"a əvəz axtarır. Nazirlik AK-47 və AK-74-ə alternativ olacaq silahı artıq sınaqdan çıxarıb qurtarmaq üzrədir. Həmin silahın uğurla sınaqdan çıxarılacağı təqdirdə rus əsgərinin əsas avtomat silahı olacağı gözlənilir.

Qeyd edək ki, "Kalaşnikov" dünyada ən geniş yayılmış odlu silahdır. Həm tək, həm də avtomat rejimdə ardıcıl atəşaçma qabiliyyətinə malikdir. Yüksək etibartlığı və sadə qulluq olunması ilə fərqlənir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol