“Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədlərini müəyyən etdi. Cəmiyyətin və siyasi partiyaların bizim namizədləri elan edəcəyimiz günü səbirsizliklə gözlədiklərini bilirdim. Bu ondan xəbər verir ki, Yeni Azərbaycan Partiyası, sözün həqiqi mənasında, möhtəşəm siyasi gücdür. Hamı, bütün siyasi partiyalar, bizə rəqib olanlar da, bu fikrə düşməyi ağıllarına belə gətirməyən partiyalar da bu gücü etiraf edirlər”.
Bu fikirləri Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov öz rəsmi "Facebook" səhifəsində paylaşıb.
O qeyd edib ki, namizədlərin sırasında çoxlu gənclər var: “Bunu təbii qəbul etmək lazımdır. İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək, Prezident İlham Əliyevin islahatlar strategiyasına öz dəstəklərini növbəti dəfə göstərəcəklər.
Yeni Azərbaycan Partiyası olaraq həmişəki kimi maraqlı və gərgin seçki kampaniyası aparacağımıza əminəm. Partiyamıza və ayrı-ayrılıqda hər bir namizədimizə uğurlar arzulayıram”.


Şərhlər
Yeni Azərbaycan partiyasının vəzifəli şəxslərinin rüşvət... uğradığının aşkr göründüyündən,onların bu qədər sayda MM-ə namizəd göstərməsi hansı çərçivəyə sığır?.Niyə qoymursunuz millət sərbəst namizəd göstərsin,onları seçsin?Axı YAP-ın deputatları bütün AZərbaycanı hatə etmir,bir bölgə,bir klanı ifadə etdiyi bəllidir.Belə saxtakarlığın ölkəyə yalnız ziyanı olaca.dSilasa uğtrad
Əli müəllim, hər gənci MM-ə seçmək olmaz, təcrübə keçən gəncləri əlbəttə irəli kəçmək lazımdır. Şəki 114 saylı DSK-i İsgəndərov Vüqarı təyin ediblər ? Vüqardan 100-dəfə yaşlı olmasına baxmayaraq Yaqub Mahmudov yaxşı olar. Yaqub Mahmudov dövlətimizi və xalqımızı sevən vəsavadlı Akademikdir.