Menu

17 minə yaxın partlayıcı oyuncaq və pirotexniki məmulatlar götürüldü

27.12.2019, 23:17
17 minə yaxın partlayıcı oyuncaq və pirotexniki məmulatlar götürüldü

Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai qaydanın, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına yönəldilmiş hərəkətlərin, eləcə də yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqların və pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Yeni il ərəfəsində əhalinin ciddi narazılığına səbəb olan, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə dekabrın 16-dan 25-dək paytaxtın Qaradağ, Nəsimi, Sabunçu, Xəzər və Abşeron rayonları ərazilərində tədbirlər keçirilib.

Nəticədə ayrı-ayrı fiziki və hüquqi şəxslərdən, ümumilikdə, 17 min ədədə yaxın yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Şərhlər

Hesen 2019-12-28 00:55:14

Xirdalandada bu reydlerin olmasina ehtiyac artiq ehtiyacsan ustun merheleye catib. Her yerde aciq satisdir. Bizim marketin qarsisindada aciq aydin satisdir. 102e de defelerle melumat vermisik ama polis duz satis yerlerinin yaninda gezir. Bir tedbir gorulmur.O eraziden kecib parka daxil olmaq ucun gerek basimiza zirehli kasqalar taxaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol