Menu

“3 siyasi partiya parlament seçkilərində iştirak etmək üçün namizəd irəli sürməyib” - MSK sədri

28.12.2019, 15:23
“3 siyasi partiya parlament seçkilərində iştirak etmək üçün namizəd irəli sürməyib” - MSK sədri

"Azərbaycanda 3 siyasi partiya fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakla bağlı hələ ki, namizəd irəli sürməyib".

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər müraciət edən 1611 nəfərdən 293-ü 17 siyasi partiya tərəfindən irəli sürülüb: “ Ancaq hələ ki, 3 siyasi partiya tərəfindən seçkilərdə iştirak etmək üçün namizədlər irəli sürülməyib. Yəqin ki, yaxın vaxtlarda həmin siyasi partiyalar da öz namizədldərini irəli sürəcəklər”.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək. Seçkilər 125 dairəni əhatə edəcək.

Şərhlər

Seçici 2019-12-28 17:17:34

Bir qayda olaraq namizədlər partiyalar tərəfindən irəli sürülür vənan bir-neçə nəfər də fərdi namizədlər olur.Belə halda əgər 17 partiya cəmi 293 namizıəd veribsə bəs yerdə qalan 1611-293=1318 Bəs bu 1318 namizəd haradan irəli sürülüb? Bu maraq doğuran rəqəmdir.Əgər 1611 namizəd varsa və onların hər biri 40-50 min səs toplayıbsa necə olur?Bu indidən saxtalıqdan xəbər vermirmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol