Menu

“56 nəfər parlament seçkilərində iştirakını dayandırıb" - Məzahir Pənahov

28.12.2019, 15:53
“56 nəfər parlament seçkilərində iştirakını dayandırıb" - Məzahir Pənahov

"Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1611 nəfər müraciət edib".

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərin 293 nəfəri 17 siyasi partiya tərəfindən irəli sürülüb: "13 nəfər təşəbbüs qrupları tərəfindən, 1305 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 1202 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 1012 nəfəri isə imza vərəqələrini artıq götürüb, 124 nəfəri qaytarıb, 16-ı isə qeydə alınb. 56 nəfər isə seçkilərdə iştirakını dayandırıb”.

Şərhlər

Seçici 2019-12-28 17:06:40

Fərdi qaydada namizədliyini verənlər içərisində partiya üzvləri olursa bunu qeyri-qanuni hesab edilməsi vacibdir.Çünki əgər partiya öz üzvünü namizəd kimi görmürsə,onun başqa yolla Milli Məclisə soxulmasına yol vermək olmaz!Bunu bir dəfəlik qəbul etmək vacibdir.Ötən seçkilərdə belə hallara yol verilib (Zahid Oruc və s.ı)fərdi qaydada yalnız bitərəflər namizəd ola bilərlər.Bu bütün dünyada belədirt.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol