Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinə birdəfəlik iki aylıq maaşları həcmində premya verilib.
AzPolitika.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, bu addım bələdiyyə və parlament seçkilərinin arda-arda keçiriləmisndən dolayı onların gərgin iş qrafiki ilə bağlıdır.
Xatırladaq ki, Prezidentin Sərəncamı ilə sentyabrın 1-dən MSK sədrinin aylıq vəzifə maaşı 1855 manatdan 2040 manata, MSK sədrinin müavininin aylıq vəzifə maaşı 1720 manat manatdan 1895 manata, MSK katibinin aylıq vəzifə maaşı 1275 manatdan 1405 manata qaldırılıb.
Beləliklə, Yeni il ərəfəsində seçki komissyalarının üzvləri kifayət qədər böyük məbləğlə mükafatlandırılıblar. Qeyd edək ki, bu qərar MSK-nin bütün aşağı komissiya üzlərinə də maaşlarının ikiqat həcmində şamil edilib.
AzPolitika.info


Şərhlər
Cənab Sədr, 113 saylı DSK-nın sədri Rəhman Qədirzadə işdən azad olunmasa, seçkidə şəffaflıq olmayacaqdır , necə Bələdiyyə seçkisi....Əhalinin səsini qazananlar kənarda qaldı, səs toplamayanlar isə Bələdiyyəyə namizəd təyin olundular və dövlətimizin işgüzar nüfuzuna xələl gətirdilər...? şəffaflıq
malades
Bu ölkədə saxtakarlıq belə qiymətli imiş! Valah ayıbdır!
Əslində MSK işçilərinə mükafat yox, əmək haqqıları azaldılmalıdır.........?