Menu

ARDNF dünyanın 1600-dən çox ən iri şirkətlərində səhmdardır

29.12.2019, 16:37
ARDNF dünyanın 1600-dən çox ən iri şirkətlərində səhmdardır

Hazırda Azərbaycan Dövlət Neft Fondu təkcə birjada kotirovka olunan səhm yatırımları hesabına dünyanın 1600-dən çox ən iri şirkətlərində səhmdardır. “Report” xəbər verir ki, bu barədə Fondun məlumatında qeyd edilib.

Bildirilib ki, Dövlət Neft Fondunun əsas vəzifələrindən biri toplanan vəsaitləri mümkün risklər nəzərə alınmaqla səmərəli yerləşdirmək və onun gələcək nəsillər üçün davamlı gəlir mənbəyinə çevrilməsini təmin etməkdir. 

Bu istiqamətdə Fondun fəaliyyətinin əsasını uzunmüddətli dövr üçün nəzərdə tutulmuş şaxələndirilmiş qlobal investisiya portfelinin qurulması təşkil edir. Hazırda Fondun şaxələndirilmiş investisiya portfelinə daxil olan aktivlər dünyanın 50-dən çox ölkəsində ABŞ dolları, Avro, İngilis funt sterlinqi və digər valyutalarda ifadə olunan istiqrazlar, səhmlər, daşınmaz əmlak və qızıl kimi maliyyə aktivlərində saxlanılır.

ARDNF daşınmaz əmlaka investisiya çərçivəsində isə Avropa, Asiya və Sakit Okean Hövzəsi regionlarında London, Moskva, Paris, Tokio, Seul kimi şəhərlərdə birbaşa daşınmaz əmlak investisiyaları həyata keçirib.

Şərhlər

Neftçı QURBAN 2019-12-30 12:34:48

Çələcək? Əsrin kontraktı 13 il tez bitib! "Zəmanət" dövrü BMT TŞ kimidir?

Özgür 2019-12-29 20:10:05

Niyə bəs Bakıda Birjada SOKAR-n səhmlərinin alqı-satqısı yoxdur?

eloqlu 2019-12-29 16:42:11

Biz xeyri qörmûrûk ))))...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol