«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, qonşu ölkənin müdafiə nazirinin müavini Aleksey Krivoruçko «Krasnaya zvezda» qəzetinə xəbər verib ki, 2020-ci ildə Rusiya ordusunun silahlanmasına yeni «Udav» tapançası daxil olacaq. Bu silah növü əfsanəvi «Makarov»u əvəz edəcək.
«Cari ildə «Udav»ın dövlət sınanları başa çatıb. Gələn il onun silahlanmaya qəbulu və seriyalı istehsalı gözlənilir» deyə, nazir müavini danışıb.
Tapançanı Dəqiq maşınqayırma mərkəzi elmi-tədqiqat institutu («Rostex»ə daxildir ) işləyib hazırlayıb. Yeni silahın uzunluğ 206 mm, hündürlüyü 145 mm, eni isə 36 mm-dir.
Tapaçada 9x21 mm kalibrli güllələrdən istifadə olunur ki, bu da hədəfi 50 metr məsafədən məhv etməyə imkan verir. Yeni silah 780 qram çəkidədir (yüklənmiş halda 980 qram).


Şərhlər
Bizim tapancaya catmaz !!!