Menu

"İrqçilik məni qıcıqlandırır" - Neymar

31.12.2019, 10:31
"İrqçilik məni qıcıqlandırır" - Neymar

PSJ futbol klubunun braziliyalı hücumçusu Neymar irqçilik bağlı fikirlərini bölüşüb.

Bu barədə "Report" "France Football"a istinadən xəbər verir.

Futbolçu bildirib ki, o, irqçiliyin əleyhdarıdır.

Son zamanlar futbol matçlarında irqçilik halları çoxalıb. Neymar buna nümunə olaraq braziliyalı Taysonun başına gələn hadisəni qeyd edib. Tayson Ukrayna çempionatının 14-cü turunun "Şaxtyor" - "Dinamo" komandaları arasındakı keçirilən matçında təhqirlərə məruz qalıb.

"İrqçilik məni qıcıqlandırır. Balotelli, Dentino və ya Taysonla bağlı hallar - bu mənim üçün qəbuledilməzdir. Belə olmamalıdır. Bunu stadiona gələn bütün azarkeşlərin anlamaları əhəmiyyətlidir", - deyə hücumçu bildirib.

Şərhlər

vuqar 2019-12-31 21:19:30

Neymar --mese caqqalsiz olmaz! Ne qeder deyilse de yazilsada bele hallar zaman-zaman tekrarlanacaq.Biz istesekde istemesekde!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol