Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2 145 nəfəri müraciət edib.
APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, namizədlərin 457 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: "15 nəfər təşəbbüs qrupları tərəfindən, 1 673 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".
M. Pənahov bildirib ki, müraciət edən şəxslərin 1 954 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: "Onlardan 1 747 nəfəri imza vərəqələrini artıq götürüb, 381 nəfəri imza vərəqini qaytarıb. 125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".


Şərhlər
Hakimiyyətin saxtakarlıq ustası.
Bu izahat adresli olmalıdır.Yəni hansı partiya üzvlərindən nə qədəri imza vərəqələr alıb,nə qədərini namamlayıb qaytarıblar.BU doğru məlumat olardı. Bir də ki, Məzahir Pənahov insanları çaş-baç salmaq yolu tutduğundn ona inanmaq da müəmmalıdır.Daha doğrusu inanmaq çətndir.i=Hüik
1673 nəfər fərdi qaydada özünü namizəd verənlərin mütləq partiya mənsubiyyəti dəqi yoxlanılmalı və əgər həmin partiyalar siyahi üzrə namizıəd irəli sürüblərsə.onların namizədliyi ləğv edilməlidir.Çünki əgər onların mənsub olduqları partiya onları məsləhət bilməyib digər namizədlər veribsə bu dana əsaslı olur.Ona görə ikili namizəd( yəni partiyadan siyahi üzrə və əlavə olaraq həmin partiyadan fərdi qaydada) Bu həm qeyri-qanuni və həm də həyasızlıqdır.
Məzahir müəllim, 113 saylı DSK - da Bələdiyyə seçkisi olduqca saxtakarlıqla başa çatdırdılar.... DSK-nın sədri Rəhman Qədirzadə olan yerdə seçki çəffaflığından söhbət gedə bilməz ? Rəhman başda olmaqla bütün komissiya sədrlərini işdən azad edin..113 saylı DSK-nın Bələdiyhyə seçkilərinin nəticələrini ləğv edin,çünki olduqca saxtalaşdırılıb, ailə podratına çeviriblər....