Türkiyənin Liviyaya əsgər göndərməsi barədə qətnamə qəbul edildikdən sonra qorxuya düşən Xəlifə Haftar Misir Prezidenti Əbdülfəttah Sisindən hərbi dəstək istəyib. Bu barədə məlumatı "Yeni Akit" yayıb.
"Türk əsgəri Liviyaya çatanda müharibə sona çatacaq və onları Misir sərhədində görəcəksiniz", - deyə SİA agenti olan Haftari bildirib.
Haftar Misirdən hərbi dəstək gələcəyi təqdirdə Tripolini bir neçə saata ala biləcəyini qeyd edərək, ondan türk qüvvələrinin Liviyaya gəlməsinin qarşısını almaq üçün beynəlxalq birliyi səfərbər etməyi də istəyib.
Qeyd edək ki, Qahirə rəhbərliyi hazırda Xəlifə Haftarın qoşunlarına logistik dəstək verir.


Şərhlər
ey kaftar, Türk ordusu gəlir, gir yuvava