Menu

Türkiyədən üç isveçrəli terrorçu çıxarıldı

03.01.2020, 00:17
Türkiyədən üç isveçrəli terrorçu çıxarıldı

Xarici ölkə vətəndaşı olan daha üç terrorçu Türkiyədən çıxarılıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu dəfə ölkədən çıxarılan terrorçular İsveçrə vətəndaşlarıdır. Bununla da, ötən il noyabrın 11-dən bu günədək Türkiyədən çıxarılan xarici terrorçuların ümumi sayı 110 nəfəri keçib.

Qeyd edək ki, Türkiyə həbsxanalarında 800 nəfərdən artıq xarici ölkə vətəndaşı olan terrorçu saxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol