Menu

Türkiyə bəyanat yaydı - "Süleymaninin ölümü regionda gərginliyi artıracaq"

03.01.2020, 22:16
Türkiyə bəyanat yaydı  - "Süleymaninin ölümü  regionda gərginliyi artıracaq"

ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds briqadasının komandanı, general Qasım Süleymaniyə qarşı keçirdiyi əməliyyat regionda gərginliyi artıracaq.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

“Biz regionda ABŞ-İran gərginliyinin artmasından çox narahatıq. Qəti şəkildə təkrar edirik, İraqı münaqişə zonasına çevirmək həm İraqın, həm də regionumuzun sabitliyinə ziyan vuracaq. Aydındır ki, Süleymani və onun maşın karvanına qarşı edilən əməliyyat bölgədə inamsızlığın və qeyri-sabitliyin artmasına səbəb olacaq”, - bəyanatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol