Menu

Britaniya vətəndaşlarını İran və İraqa səfər etməməyə çağırıb

04.01.2020, 14:45
Britaniya vətəndaşlarını İran və İraqa səfər etməməyə çağırıb

Böyük Britaniya öz vətəndaşlarını İran və İraqa səfər etməməyə çağırıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab bildirib.

"Regionda artan gərginliyi nəzərə alaraq, vətəndaşlara İraqın Kürdüstan bölgəsi istisna olmaqla, bu ölkəyə səyahət etməməyi və mümkün qədər İrana səfər etməkdən çəkinməyi tövsiyə edirik", - deyə Britaniyanın Xarici Siyasət Ofisinin rəhbəri qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol