Menu

MSK-nın saytları çökdü

05.01.2020, 10:43
MSK-nın saytları çökdü

Bu gün səhər saatlarından etibarən Mərkəzi Seçki Komissiyasının (MSK) saytı - msk.gov.az və infocenter.gov.az saytlarına girişdə problemlər yaranıb. Hazırda bu ünvanlara giriş mümkün deyil. 

Qeyd edək ki, hazırda növbədənkənar parlament seçkilərinin imzatoplama mərhələsi davam edir. Mümkündür ki, MSK-nın saytları həddindən artıq yüklənmədən çöküb. Qurumdan problemin səbəbi ilə bağlı hər hansı açıqlama verilməyib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol