Menu

İran rialı və Türk lirəsi ucuzlaşacaq, bəs manat? – Ekspert gözləntilərini açıqladı

05.01.2020, 11:08
İran rialı və Türk lirəsi ucuzlaşacaq, bəs manat? – Ekspert gözləntilərini açıqladı

“Bölgədə yaranmış durum region ölkələrin milli valyutalarının ABŞ dollarına nəzərən məzənnələrinə və xam neftin dünya bazar qiymətlərinə təsirsiz ötüşməyəcək”.

“AzPoltika.info” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. 

Onun sözlərinə görə, məzənnə təsirlərindən ilk növbədə İran və Türkiyə iqtisadiyyatı qayğılanacaq: “Şübhəsiz ki, İran rialı və Türk lirəsi dəyərini bir az da itirəcək. Azərbaycan manatına gəlincə, bu məzənnənin tənzimlənməsi rejimindən asılıdır. Əgər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"-nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə əsasən tərtib etdiyi hesabatında nəzərdə tutulduğu kimi, 2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunarsa, manat da baş verənlərdən təsirlənə bilər”.

Q.İbadoğlu xatırladıb ki, Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq 2020-ci il üçün gəlirlər ötənilki proqnoz göstəricilərindən 20 faiz az gözlənilir. “Odur ki, bu arada maliyyə əməliyyatları apararkən ehtiyatlı olmaq lazımdır” - deyə ekspert vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

sual 2020-01-05 13:03:28

Sitat.........“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"-nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə əsasən tərtib etdiyi hesabatında nəzərdə tutulduğu kimi, 2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunarsa”...........professor, belə monitorinq və qiymətləndirmələrin dəyəri bir qayda olaraq onların yazıldığı kağızın dəyərindən böyük olmur......))))))) nəinki qarşıdan gələn il, heç yaxın onillikdə manatın tam üzən, yaxud məhdud tənzimlənən rejimdə məzənnəsinin müəyyənləşməsi gözlənilmir.......səbəbi də kifayət qədər sadədir – ölkənin Dövlət büdcəsi və Tədiyyə balansı üzrə mövcud vəziyyətləri........ İran rialının gözlənilən ucuzlaşması səbəbi ölkənin ABŞ sanksiyaları altında olmasıdır, Türk lirəsinin gözlənilən ucuzlaşması ölkə iqtisadiyyatının enerjidaşıyıcıları idxalından yüksək asılılığı və dünya bazarlarında onla üzrə gözlənilən qiymət artımıdır, hansıki artıq müşahidə olunur...... o ki, qaldı manatın qarşıdakı il gözlənilən məzənnəsinə, burada mühüm olan amil neft fondunun gəlirləri yox, bu gəlirlər ilə fonddan dövlət büdcəsinə ediləcək transfertlər arasında yarana biləcək fərqdir – yalnız əhəmiyyətli kəsr halında manatın ucuzlaşması gözlənilən ola bilər...körfəz hadisələrinin dünya maliyyə bazarlarına təsirini isə heç kim dəqiqliklə proqnozlaşdıra bilməz (“idarə olunan xaos” modelinin yaradıcılarından başqa)...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol