Menu

Yol açılışında 80 yaşından fəxrlə danışdı və yıxılıb öldü - Video

26.09.2014, 14:19
Yol açılışında 80 yaşından fəxrlə danışdı və yıxılıb öldü - Video

Quba-Küpçal yolunun açılışı iki hadisə ilə yadda qalıb.

Quba-Küpçal yolunun açılışında uzunömürlü olmasından həvəslə danışan rayonun Küpçalqışlaq kənd sakini, 80 yaşlı Həmid Rizvanovun az sonra elə burdaca əbədiyyətə qovuşması mərasimə kədər qatıb.

Çıxışı zamanı sevincini gizlətməyən, hamını təbrik edən ağsaqqalın ürəyi tutaraq yıxılıb. Rayonun baş həkimi tibbi yardım göstərməyə çalışsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Yeni yoldan keçmək ağsaqqala qismət olmasa da yerli sakinlər artıq əvvəlki əziyyətlərə qatlaşmalı olmayacaq. Ölkə başçısının ayırdığı vəsait hesabına çəkilən müasir yol 7 kəndi birləşdirir. Əvvəllər yolsuzluqdan əziyyət çəkən sakinlər indi ürəkli danışır.

Yeni yoldan ilk keçən isə toy karvanı olub. Dağlı kənd sakinlərinin toyu həm də yeni yolun açılışı ilə yadda qalıb. Təzə ailə quranlara xüsusi hədiyyə də təqdim edildikdən sonra maşın karvanı yoldan keçib. Rayon rəsmiləri digər bərbad yolların da yenidən qurulması istiqamətində işlərin aparıldığını bildiriblər (ANS TV).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol