Menu

Neft yenidən ucuzlaşıb

07.01.2020, 09:59
Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin mart müqaviləsinin dəyəri 1,16% azalaraq 1 barelə görə 68,11 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında fevralda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,09% azalaraq 62,58 dollar təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol