Menu

Hərbi Prokurorluğun 14 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib - Nöqsanlara görə

07.01.2020, 12:54
Hərbi Prokurorluğun 14 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib - Nöqsanlara görə

"2019-cu il ərzində xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib".

"Report" xəbər verir ki, bu barədə Hərbi Prokurorluqda 2019-cu il ərzində mərkəzi aparatda görülmüş işlərin vəziyyətinə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə dövlətimizin başçısı İlham Əliyevin dəyərli tövsiyələri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq, hər bir əməkdaşdan gündəlik fəaliyyətində onlara əməl edilməsi ciddi tələb olunub.

Şərhlər

Vətəndaş 2020-01-07 16:01:37

Əgər bir idarənin 14 işçisi cəzalanırsa,deməli orada iş düzgün qurulmayıb.Bunun üçün kim məsuliyyət daşıyır?iƏlbəttə idarənin rəhbəri! Ancaq kimdi bunu nəzərə alan?.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol