Menu

“Standard Insurance” Sığorta Agentliyinin rəhbəri dəyişib

08.01.2020, 11:26
“Standard Insurance” Sığorta Agentliyinin rəhbəri dəyişib

“Standard Insurance” Sığorta Agentliyi MMC-nin direktoru dəyişib. “Report” xəbər verir ki, indiyə qədər bu vəzifəni tutan Əfqan Murtuzayev vəzifəsindən azad edilib, onun yerinə isə Mübariz Cəfərovtəyin olunub.

Xatırladaq ki, sözügedən sığorta agentliyi 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 manatdır. Bu məbləğin 99%-ni “Standard Insurance” Sığorta Şirkəti ASC təmin edib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol