Menu

Finlandiya həftədə 4 gün, gündə 6 saat iş sisteminə keçir....

08.01.2020, 22:55
Finlandiya həftədə 4 gün, gündə 6 saat iş sisteminə keçir....

Dünya gün ərzində iş saatlarını azaldır, səbəb...?

Finlandiyanın yeni seçilən 34 yaşlı baş naziri Sanna Mirella Marin "8 saat çalışmaq vacibdirmi? İnsanlar sevdiklərilə zaman keçirməli, xobbilərinə vaxt ayırmalıdırlar" deyərək həftədə 4 gün, gündə 6 saat işləmək üçün fəaliyyət aparır.

TƏCRÜBƏLƏR SÜBUT EDİR – ÇOX İŞLƏMƏK OLMAZ

Bu məsələ isə zaman-zaman dünyanın gündəminə gəlib. Ümumiyyətlə, səkkiz saatlıq iş rejimi sənaye inqilabı zamanı tətbiq edilməyə başlanmışdı. Bu qərar zavodlarda işləyən insanların iş saatını azaltmağa istiqamətlənmişdi. Öz zamanında bu qərar əsl inqilab idi. Lakin hazırda iş saatının bu şəkildə təşkil edilməsi üsulu faydasız bir şəkildə köhnəlib.

Draugiem Group adlı IT şirkəti xüsusi kompüter proqramından istifadə edərək əməkdaşların məhsuldarlığı ilə bağlı araşdırma həyata keçirib. Bu proqramın köməkliyi ilə işçilərin müxtəlif tapşırıqları həll etmək üçün nə qədər vaxt sərf etdikləri ölçülmüş və onların ümumi məhsuldarlığı qiymətləndirilmişdir.

Araşdırma inanılmaz nəticələr nümayiş edir. Belə aydın olur ki, iş gününün davamiyyəti məhsuldarlığa çox cuzi şəkildə təsir edir. Əslində isə, işçilərin öz günlərini necə təşkil etməkləri vacib rol oynayır. Ümumilikdə, mütəmadi olaraq fasilələr edən işçilər uzun zaman kəsiyi ərzində dayanmadan işçilərdən daha yüksək səviyyəli məhsuldarlıq nümayiş etdirib.

Araşdırma iş və fasilənin ideal balansını təyin edib: 52 dəqiqə iş və 17 dəqiqə istirahət. Bu rejimə riayət edən işçilər tapşırıqların yerinə yetirilməsi zamanı inanılmaz konsentrasiya nümayiş etdirib. Demək olar ki, 1 saat ərzində həmin işçilər 100% öz işlərinə fokuslanmışlar.

Bu işçilər “bir-iki saniyəlik” sosial şəbəkələrə daxil olmamış və şəxsi mesajlara cavab verməmişlər. Onlar özlərini yorğun hiss etdikdə isə (saat tamamlanmağa yaxınlaşdıqda) kiçik fasilələr vermiş və bu fasilə zamanı işdən tamamilə ayrılmışlar. Bu onlara qarşıdakı 1 məhsuldar iş saatı ərzində digər tapşırıqları yerinə yetirmək üçün yeni güc qazandırır.

BEYİN NECƏ İŞLƏMƏK LAZIM OLDUĞUNU DEYİR...

Beyniniz necə məhsuldar işləməli olduğunuzu sizə deyəcək: Bu mükəmməl balansı artıq kəşf etmiş insanlar yaxşı nəticələr nümayiş etdirir və öz rəqiblərini geridə qoyur. Məsələ ondadır ki, onlar beynimizin fundamental tələbatlarını necə ödəməli olduqlarını anlayıblar. Beynimiz təqribən 1 saat ərzində bütün gücü ilə işləyə bilər. Sonra isə beyin “tənəzzül” edir ki, bu da 15-20 dəqiqə çəkir.

Haftada 4 gün çalışmak ile ilgili görsel sonucu

Fasilələrin iş bacarığınıza müsbət təsir etdiyini bildiyiniz halda onları etmək daha rahatdır. Yorğunluq adətən məhsuldarlıq uğrunda apardığımız mübarizə zamanı qalib gəlir. Çünki biz enerjimiz demək olar ki, tükəndiyi zaman belə işləməyə davam edirik.

Bundan əlavə, adətən lazımınca dincəlmədiyimiz fasilələr təşkil edirik. Fasilə zamanı sosial şəbəkə hesabının yoxlanması, YouTube-da hər hansı bir video izləmək sizi təmiz havada keçirdiyiniz bir neçə dəqiqə səviyyəsində rahatlatmayacaq.

PEŞƏKARLIQ ÜÇÜN 10 MİN SAAT VAXT SƏRF EDİLMƏLİDİR...

Araşdırmalar göstərir ki, hər hansı bir sahədə peşəkar olmaq üçün, həmin seçilmiş fəaliyyətə 10 min saat (9 və ya 10 il ərzində hər həftə 20 saat) sərf etməyiniz lazımdır.

Peşəkarlığın ən yüksək səviyyəsinə mütəmadi təcrübə olmadan çatmaq qeyri-mümkündür. Bunu hələ 90-cı illərin əvvəllərində isveç psixoloq Anders Erikson Berlin Musiqi Akademiyasında apardığı tədqiqat zamanı sübut edib. Onun bu işini sosioloq və jurnalist Malkolm Qladuel “Dahilər və autsayderlər” uğurun sirrinin istedadda deyil, yüksək işləmə bacarığında olduğunu sübut etmək üçün də istifadə edib.

Təcrübə bu formada həyata keçirilib: Eriksonun istəyi ilə musiqi müəllimləri skripkaçı tələbələri iki qrupa ayırırlar: gələcəyin dünya səviyyəli ulduzları ola biləcək perspektivli tələbələr və çox da uğurlu olacağı gözlənilməyənlər. Bütün tələbələr 5 və ya 8 yaşlarından çalmağa başlamış, gündə 2 saatdan az olmayaraq məşq etmişdilər. Lakin 9 yaşlarına çatdıqlarında bəzilərinin cədvəlində dəyişikliklər baş verməyə başlayır. Daha çox məşq edən tələbələr 10 il sonra da peşəkarlaşmaq üçün hər həftə özlərinə 30 saat vaxt ayırırdılar.

Bu cədvəl ilə tələbələr 20 yaşlarına çatdıqlarında artıq skripka öyrənmək üçün 10 min saat sərf etmiş olurlar. Orta səviyyəli tələbələrdə bu vaxt göstəricisi 8 min idi, gələcəyin musiqi müəllimləri olacaqlar isə buna cəmi 4 min saat vaxt ayıranlar idi.

Haftada 4 gün çalışmak ile ilgili görsel sonucu

İNSAN HƏFTƏDƏ 4 GÜN İŞLƏSƏ, BUNLAR OLAR

İnsan həftədə cəmi 4 gün işləsə, bu, hansı formada onun özünə və çalışdığı müəssisəyə, dolayısı ilə cəmiyyətə fayda verə bilər?

Bu, işçilərə sağlamlıq problemlərindən qaçmağa imkan verir. Ürək-damar xəstəlikləri, mədə-bağırsaqdakı problemlər, baş ağrıları, əsəb pozğunluğu - bütün bunlar çox çalışmanın fəsadları ola bilər. Hətta dünyaca məşhur işxorlar olan yaponlar belə çox işləməyin əks təsiri, gərginliyin ölümlə nəticələnəcəyi barədə maraqlı bir atalar sözü fikirləşiblər: ofisə hamıdan tez gələn adam “idiotdur”.

İş vaxtlarının azaldılması insanlara öz yaxınları ilə daha çox vaxt keçirməyə imkan verir. Bu isə stressi azaldır. Axı stress, anormal iş rejimi olan insanları öz iş yoldaşları ilə daha çox konfliktə cəlb edir. Bu isə xoşbəxtliyi azaldır.

Dörd günlük iş həftəsi qazanan işçinin maddi durumunda da yaxşılaşma ola bilər. Belə ki, əgər istəsə, yerdə qalan 3 gündə sərbəst iş fəaliyyəti ilə məşğul olub, daha çox pul qazanmaq imkanı əldə edə bilər. İqtisadi böhran şəraitində bundan ideal vasitə düşünmək mümkün deyil. Bunu təkcə iş gününü yox, həftəlik iş saatını azaltmaqla da etmək mümkündür.

İş saatı daha çox olan ölkələrin siyahısına isə Daminarka, Norveç, İsveç daxildir. Onluqda eyni zamanda İrlandiya, Almaniya, İsveçrə, Belçika, Avstriya və İtaliya da yer alıb. İlk üçlükdə yer alan ölkələrdə həftəlik iş saatı 33 saatdır. Almaniya, İsveçrə və Belçikada 35 saat, Fransada isə 36 saat.

Bir neçə il bundan əvvələ qədərsə 6 günlük iş norma sayılırdı. Məsələn, keçmiş SSRİ-də bu sistem Oktyabr İnqilabının 50 illiyi münasibətilə ləğv olundu və 5 günlük iş sisteminə keçildi. Bu keçid isə sosializmin uğuru kimi simvolizə olundu.

Hollandiya ən qısa orta statistik iş həftəsinə - 27 saat normasına sadiqdir. Holland müəssisələri 4 günlük iş gününə keçid edir, orta işçinin iş günü isə 7 saat 30 dəqiqə təşkil edir.

Haftada 4 gün çalışmak ile ilgili görsel sonucu

İrlandiya və Fransada isə iş həftəsi 35 saatdır. Bu dünyada ən aşağı səviyyəli göstəricilərdən biri olsa da, İrlandiyada əməyin məhsuldarlığı kifayət qədər yüksək səviyyədədir. Fransada cümə günü rəsmi olaraq iş günü hesab edilsə də, bir çox şirkətlər bu günü qısaldır. Cümə günü nahar fasiləsindən sonra kimisə öz iş masasının arxasında görmək çətin məsələ olur. Keçən əsrin 90-cı illərində Fransada 35 saatlıq iş normasının tətbiq edilməsi əhali arasında narazılığa səbəb olmuşdu. Bu yaxınlarda ölkə rəhbərliyi həftəlik iş normasının artırılması məsələsinə qayıtdı və bu da çox sayda etiraz yürüşlərinin baş qaldırmasına gətirib çıxardı.

Almaniyada iş həftəsi 38 saat davam edir. Bundan əlavə, ölkədə mövcud olan təcrübəyə əsasən, hər hansı bir şirkətdə maliyyə problemləri yarandıqda əməkdaşların ixtisar edilməsi əvəzinə iş saatı azaldılır. Norveç sakinləri isə həftədə 39 saat çərçivəsində çalışır. Avropada ən əməksevər ölkələr Böyük Britaniya, Yunanıstan və Portuqaliyadır. Portuqaliyalılar 48, britaniyalılarla yunanlar isə həftədə 43,7 saat işləyirlər.

Asiyada insanlar daha çox zəhmət çəkir. Çində iş günü 10 saat təşkil edir və üstəlik şənbə günü də iş günü hesab edilir. Nəticədə həftədə 60 saat qaydası yaranmış olur. Çinlilərin nahar fasiləsi 20 dəqiqə, məzuniyyətləri isə ildə 10 gündür.

Yaponiyada standart iş müqaviləsində iş həftəsi 40 saat olaraq nəzərdə tutulub. Lakin yaponlar üçün karyera pilləsində irəliləməyin əhəmiyyətinin nə dərəcədə vacib olduğunu bilirik. Bu irəliləyişi isə əksər hallarda insanın iş yerində nə qədər çox zaman keçirməsi təyin edir. Bu səbəbdən də bəzi hallarda iş həftəsi 50 saata bərabər olur.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol