Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Belə ki, 53 yaşlı Fərziyev Natiq Əbdülhüseyn oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona hər iki ayağının sınığı və kəllə-beyin travması diaqnozu qoyulub.


Şərhlər