Menu

Rusiya muzdluları SOQAZın klinikasında müalicə alırlar – “Röyter”

09.01.2020, 12:00
Rusiya muzdluları SOQAZın klinikasında müalicə alırlar – “Röyter”

Xarici ölkələrdə, o cümlədən Liviya və Suriyada döyüşən rusiyalı muzdlular sığorta şirkəti «SOQAZ»a məxsus Sankt-Peterburqdakı klinikada müalicə alırlar. Mənbələrə istinadla bu barədə «Röyter» agentliyi xəbər verib. Bu klinikanı Rusiya prezidenti Vladimir Putinə bağlı olduqları bildirilən insanlar idarə edirlər. Onlar həm də klinikanın qismi sahibləridir.

«Pöyter» qeyd edir ki, Rusiya qanunvericiliyinə uyğun olaraq, tibb müəssisələri pasiyentlərinin döyüş zədələri (yaraları) barədə xəbər verməlidirlər. Bu, muzdlu qismində silahlı münaqişədə qeyri-qanuni iştirak hallarının araşdırılması üçündür.

«Vaqner» Özəl Hərbi Şirkətin (ÖHŞ) keçmiş döyüşçülərindən biri agentliyə danışıb ki, klinika muzdlulara ən azı 2016-cı ildən köməklik göstərir. Onun özü Suriyada zədələndikdən sonra, klinikada müalicə alıb. Elə həmin klinikada onunla birlikdə 5 və ya 6 muzdlu da müalicə alıb. Müalicə pulsuzdur.

Klinikanın başçısı Vladislav Baranov bu xəbəri şərh etməkdən yayınıb. «Bizim klinikanı yaddan çıxardın, bu, mənim sizə məsləhətimdir» - Baranov bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xəbər verib ki, onda bu məsələ ilə bağlı heç bir informasiya yoxdur.

Kreml isə rusiyalı muzdluların hakimiyyətin tapşırığı əsasında xarici ölkələrdə silahlı münaqişədə iştirakını dəfələrlə inkar edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol