Menu

“Bank Standard”da 10 min dollara qədər qorunmayan əmanəti olanlara kompensasiya ödənilib

09.01.2020, 15:48
“Bank Standard”da 10 min dollara qədər qorunmayan əmanəti olanlara kompensasiya ödənilib

Bu gün ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçirilir.

“Report” xəbər verir ki, iclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanındakı inzibati binasında təşkil olunub.

İclasda iştirak edən Fondun icraçı direktorunun müavini Vüqar Abdullayev bildirib ki, “Bank Standard”da 10 min ABŞ dollarına (17 min manat) qədər qorunmayan əmanəti olan 15 650 fiziki şəxsə 6,7 milyon manat kompensasiya ödənilməsi nəzərdə tutulub: “Artıq 565 nəfər təxminən 4 milyon manat kompensasiya alıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol