Sentyabrın 26-da iqtisadçı-alim, Müsavat başqanlığına namizəd Qubad İbadoğlu ABŞ səfirliyində olub.
Musavat.com-a xəbəri təsdiqləyən Q.İbadoğlu ABŞ səfirinin səlahiyyətlərini icra edən Derek Hoganla görüşdüyünü və bu görüşün qapalı keçdiyini bildirib.
Ona görə də geniş məlumat verə bilməyəcəyini bildirən Qubad İbadoğlu görüşdə vətəndaş cəmiyyətinin şəffaflıq təşəbbüsündə iştirakı və Müsavat Partiyası başqanlığına namizədliyi ilə əlaqəli məsələlərin müzakirə olunduğunu açıqlayıb.
Xatırladaq ki, Müsavatda yeni başqan sabahkı qurultayda seçiləcək.


Şərhlər