Menu

Şimal bölgəsinə qar yağıb - Temperatur mənfi 11 dərəcəyədək enib (FOTO)

11.01.2020, 10:35
Şimal bölgəsinə qar yağıb - Temperatur mənfi 11 dərəcəyədək enib (FOTO)

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb. 

Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 5 sm, Qusarın Ləzə kəndində isə 8 sm-ə çatıb. Ən aşağı temperatur isə Qubanın Qrız kəndində qeydə alınıb. Burda temperatur mənfi 11,8 dərəcəyədək enib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol