Menu

İlham Əliyev Oman Sultanına başsağlığı verib

11.01.2020, 15:11
İlham Əliyev Oman Sultanına başsağlığı verib

Prezident İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə başsağlığı verib.

Başsağlığı məktubunda deyilir:

"Əlahəzrət,

Görkəmli dövlət xadimi, Omanın Sultanı Əlahəzrət Qabus bin Səidin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Oman xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol