Menu

"İraqa məxsus 35 milyard dollar ABŞ banklarında yerləşir" - Tramp

11.01.2020, 17:16
"İraqa məxsus 35 milyard dollar ABŞ banklarında yerləşir" - Tramp

ABŞ hərbi qüvvələrini İraq ərazisindən çıxararsa, bu ölkə ərazisində tikdikləri hərbi baza və səfirlik binaları üçün təzminat tələb edəcək. “Report” xəbər verir ki, bu barədə “Fox News”a müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.

O, İraqın infrastrukturuna milyardlarla dollar vəsait sərf etdiklərini, bu xərclərin ödənilməsinin vacibliyini dilə gətirib.

D.Tramp həmçinin İraqa məxsus 35 milyard dollaradək maliyyə vəsaitlərinin ABŞ banklarında yerləşdirildiyini də xatırladıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol