Menu

Vəhdət Partiyası nümayəndəsinin səlahiyyətinə xitam verilməsinin səbəbi məlum olub

12.01.2020, 16:30
Vəhdət Partiyası nümayəndəsinin səlahiyyətinə xitam verilməsinin səbəbi məlum olub

Azərbaycanda fevralın 9-da təyin edilmiş Milli Məclisə seçkilərdə iştirak üçün müraciət edən Vəhdət Partiyasının nümayəndələrindən birinin səlahiyyətinə xitam verilməsinin səbəbi məlum olub.

“Report” xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.

Onun sözlərinə görə, Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrindən biri Kərimli Fəxrəddin Zayıdxan oğlunun səlahahiyyətli nümayəndə statusunun ləğv edilməsi onun həyat yoldaşı Kərimli Səadət Nazir qızının 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsinin üzvü olması ilə əlaqədardır.

Xatırladaq ki, bundan əvvəl 20 siyasi partiyanın – Vətəndaş və İnkişaf Partiyası, Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Təkamül Partiyası, Müsavat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Şərhlər

Cəlil 2020-01-12 18:32:52

Maşaallah partiyalar yağışdan sonra köbələk kimi çoxalıb.Bəs indiyə kimi harada ifdilər?Onların səsini eşidən olubmu? Nəyə gərəkdir bu qədər adı olub özü olmayan təşkilatlar.! Məsələn Kazlmlı partiya sədri,qızı onun müavini.Vəssalam! Belə partiyalar iqtidara yaltaqlıq üçün siyahidə göstərilir? Belə olmaz axı! İnsanlar ayıb başa düşmürlər.ıks

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol