Menu

İRANDAN ABŞ BAZALARINA NÖVBƏTİ HÜCUM - 8 "katyuşa" atılıb

12.01.2020, 21:24
İRANDAN ABŞ BAZALARINA NÖVBƏTİ HÜCUM - 8 "katyuşa" atılıb

Qasım Süleymaninin İraqda öldürülməsindən sonra dünyanı şoka salan gərginlik davam edir. 

"AzPolitika" Türkiyə KİV-nə istinadla xəbər verir ki, İranın ABŞ bazalarına hücumlarından sonra müharibənin başlayacağı siqnalları verilsə də, Trampın açıqlamaları gərginliyi azaltmışdı. Ancaq İraqda ABŞ bazalarına hücumlar davam edir.

İraqın Səlahəddin əyalətində ABŞ qoşunlarının qaldığı hərbi bazaya 8 raket hücumunun edildiyi bildirilib.

İraq Təhlükəsizlik Meyda Şəbəkəsinin yazılı açıqlamasına görə, Beled Hərbi Bazasına 8 "katyuşa" raketi atılıb.

Hücumda İraq ordusundan bir zabit və üç əsgər yaralanıb.

Şərhlər

Adil 2020-01-12 22:06:23

iran imperiyası dağılsa düşmənlərimizə dözmək çətin olacaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol