Menu

Prezident İlham Əliyev Avstriya Kansleri Sebastian Kurtsu təbrik edib

13.01.2020, 18:04
Prezident İlham Əliyev Avstriya Kansleri Sebastian Kurtsu təbrik edib

Prezident İlham Əliyev Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurtsa təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Federal Kansler,

Daha ətraflı Avstriya Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avstriya arasındakı dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol