Menu

“Ötən il Azərbaycanda əmək haqqı fondu 42% artıb” - Sahil Babayev

13.01.2020, 23:18
“Ötən il Azərbaycanda əmək haqqı fondu 42% artıb” - Sahil Babayev

“2019-cu ildə Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayı 153 min ədəd artıb”.

“Report” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə məlumat verib.

Onun sözlərinə görə, bu artımın 99 mini özəl sektorun, 54 mini isə dövlət sektorunun payına düşüb.

“Həmçinin islahatlar hesabına ötən il ölkədə əmək haqqı fondu 42,3% artıb. Orta aylıq əmək haqqında isə 52% artım baş verib”, - deyə o, qeyd edib.

Şərhlər

pensiyaçı 2020-01-14 10:35:37

Nə qədər yalan olar?Pensiyan baza hissəsi mövhumu 5-6 il bundan əvvəl əğv olunduğu halda pensiya artımının bu məfhuma aid edilməsinin yanlışlığı nazir tərəfindən anlaşılırmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol