Fevralın 9-da parlamentə keçiriləcək seçkilərdə ən gənc namizədin 17 yaşı var. Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən dairələr üzrə namizəd siyahısında 09.02.2002-ci il doğum tarixli Hacızadə Nərgiz Yasir qızının 122 saylı Xankəndi seçki dairəsindən qeydə alındığı qeyd olunub.
Daha bir qeydə alınmış gənc namizədin 18 yaşı var. 2001-ci il təvəllüdlü Mirzəzadə Ömər Elşən oğlunun namizədliyi 46 saylı Şirvan seçki dairəsindən qeydə alınıb. O, hazırda tələbədir.
Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərə qədər N.Hacızadənin 18 yaşı tamam olacağı üçün onun namizədliyinin qeydə alınması qanuna tam uyğundur.


Şərhlər
17 yaşlı qız mlli Məclisdə hansı baqajla oturdula bilər? Onun biliyi.bacarığı,düşüncəsi qanunvericiliklə uzlaşırmı? Yoxsa MM-i uşaq baxçasına döndərmək üçün belə uşaqları deputat edirsiniz.Bəs o təhsilini necə davam etdirəcək?c
17-18 yaşlı adamın nə təhsili var nə təcrübəsi. Onlar qanun nədi heç bilirlər? MM uşaq bağçası olacaq. No comment.
Derdeeee derd
Utanmasan oynamaqa ne varki )))) ayibdiyeeee
Biyabrciliq